Bu gün Mətbuat Şurası və “Veysəloğlu” şirkətlər qrupunun birgə əməyi sayəsində ərsəyə gələn, aprel şəhidi polkovnik-leynenant Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” filminin təqdimatı keçirilib.
Maraqlıdır, “Veysəloğlu” şikətlər qrupunun timsalında milli şirkətimizin da məşhur hərbçimizlə bağlı filmin hazırlanmasında iştirak etməsi millət vəkilləri tərəfindən necə qiymətləndirilir? “Veysəloğlu” şirkətlər qrupunun atdığı bu addım müsbət tendensiya kimi təbliğ edilməli, digər şirkətlər üçün də nümunə olmalıdırmı?
Açıqlama verən millət vəkili Aydın Mirzəzadə sözügedən şirkətin məlum addımını alqışladığını vurğuladı:
“Təbii ki, bunu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, heç bir şəhidimiz, vətən yolunda həyatını qurban verən heç bir insan diqqətdən kənarda qalmalı deyil. Biz bugünkü inkişafımıza, stabilliyimizə görə o insanlara borcluyuq.
Mən “Veysəloğlu” şirkətlər qrupuna təşəkkür edirəm ki, onlar konkret bir hərbçimizin həyatı ilə bağlı tarixin yaddaşında qalacaq belə bir filmin ərsəyə gəlməsinə dəstək veriblər. Yəqin ki, başqa şirkətlər də bu məsələyə öz töhfəsini verərlər və biz bir-birinin ardınca bütün şəhidlərimiz haqqında maraqlı filmlər görərik”. (Moderator.az)
Son xəbərlər
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb
- Üzvi gübrələrin bitkilər üçün hansı faydaları var?
- Maddələr mübadiləsini sürətləndirən ən yaxşı ədviyyatlar