Avqustun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi tərəfindən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimində iştirak edən hərbi qulluqçulara və Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinə 9 ton qarpız təhvil verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında ordumuzun qüdrətinin artırılması istiqamətində ardıcıl tədbirlərdən biri də xalq-ordu birliyinin günbəgün daha da möhkəmləndirilməsidir. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün muxtar respublikadakı ordu, birləşmə və hissələr hərtərəfli təminata, ən müasir silah-sursata və peşəkar şəxsi heyətə malikdir.
Ordu ilə xalqın birliyinin təcəssümü olaraq hər il muxtar respublikada yetişdirilən mövsümi meyvə-tərəvəzlər və bostan məhsulları əsgərlərə sovqat olaraq verilir.