“Nestle” kompaniyası yaxın ildə vegan və vegetarianlar üçün məhsul xəttini genişləndirməyi planlaşdırır. Foodinfo.az xəbər verir ki, Bloomberg” nəşrinin məlumatına görə, qida məhsullarının istehsalçısı qoz və qaragilə əsaslı südün və dəniz yosunu (göy, yaşıl yosunlar) ilə lattenin istehsalı təcrübəsini aparır.
“Nestle”nin baş texnoloqu olan Stefan Palçer ancaq bitkilər ilə qidalanan insanları daha tez böyüyən “ərzaq tayfası” adlandırıb: “Vegetarianlıq heç vaxt bu qədər populyar olmamışdı, bu tendensiya qalacaq. Mən buna əminəm”, - deyə o sözlərinə əlavə edib. “Bloomberg”dən isə deyirlər ki, son illər qida istehsalçıları məhz bu istiqamətdə işləyirlər. Ekspertlər isə qeyd edir ki, şirkətin vegan biznesi 10 il ərzində 1 milyard dollara çata bilər.
Daha əvvəl vegan məhsullarının istehsalına başlaması haqqında “Danone” şirkətindən bildirmişdilər. Kompaniya südsüz yoğurtun istehsal edilməsini planlaşdırır. Həmin ərəfədə “Danone” şirkətinin rəsmisi qeyd etmişdi ki, hazırda bir çox markalar tərkibində süd olmayan məhsullar istehsal edirlər. Amma onlar istehlakçılara süd və alternativ məhsullar arasında seçim imkanı da təqdim etməlidir.
© Facemark