Yolda qaydaları kobud şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən sürücünün görüntülərini oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, noyabrın 17-də paytaxt küçələrinin birində hərəkət edən 99-LD-624 qeydiyyat nişanlı "Ford Transit" markalı avtomobilin sürücüsü manevr qaydasını kobud şəkildə pozaraq görüntünü qeydə alan sürücünün qarşısına keçib. O, bundan sonra əks istiqamətli hərəkət zolağına çıxaraq yüksək sürətlə hərəkətinə davam edib və yolayrıcında qarşıdan gələn sürücülərə təhlükə yaradaraq sağa dönüb.
Qaydaları pozan avtomobil "Nur" çörək zavoduna məxsusdur. Görüntünü qeydə alan sürücü bu barədə şirkətə şikayətini bildirsə də, müraciətə əhəmiyyət verən olmayıb.
Son xəbərlər
- Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçirilib
- Brokoli bişirmə üsulu vitaminləri necə dəyişir?
- Çayı yenidən qızdırmaq niyə məsləhət görülmür?
- Şampinyon göbələkləri qızartmadan əvvəl yuyulmalıdırmı?
- Şirəli küftənin sirri açıldı: Xüsusi sous yeməyə fərqli dad verir
- İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir






