Bir çox ölkərin müntəzəm iştirak etdiyi "PRODEKSPO 2018" beynəlxalq qida sərgisi 5-9 fevral tarixlərində Moskva şəhərində təşkil olunacaq. Foodinfo.az xəbər verir ki, yüksək ixtisaslaşmış mütəxəssislərin iştirak etdiyi sərgi dünya miqyasında fəaliyyət göstərən şirkətlər üçün öz marka və məhsullarının yüksək səviyyədə təmsil etmək üçün əvəzsiz fürsətdir. Qida, içki və xammal sərgisində AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan ixracatçılarından "Delta Qrup C.O." MMC geniş heyət ilə iştirak edəcək. Qeyd olunan sərgidə şirkət  “B!SMAK” markasının çeşidli məhsullarını təqdim edəcək. Eyni zamanda "Delta Qrup C.O." MMC fevralın sonlarında Dubayda təşkil olunacaq və dünyanın aparıcı şirkətləri bir araya gətirən "GULFOOD 2018" ərzaq sərgisində iştirak etməyi planlaşdırır. Məhsul çeşidlərinin sərgilənməsindən savayı çoxsaylı işgüzar görüşlərin həyata keçirildiyi tədbir inanırıq şirkətimiz üçün də yüksək kommersiya effektivliyi ilə nəticələnəcək.