Sabah Bakıda keçiriləcək qida sərgisində bir çox yeniliklər təqdim olunacaq. Foodinfo.az xəbər verir ki, “M.F.T.” (Morrone Food Tech) şirkətin İtaliya Ərazi üzrə meneceri Marina Savin bildirib ki, təmsil etdiyi şirkət meyvə-tərəvəz emal xətləri üçün kompleks texnoloji həll variantları təklif edir.  "Təzə kəsilmiş və quru meyvə emal; xətləri sahəsində böyük təcrübə sayəsində “M.F.T.” şirkəti bu yaxınlarda özünün çox populyar meyvə doğrayan cihazların yeni inteqrasiya edilmiş funksiyalarla tətbiq edərək, müxtəlif növ meyvələrin dilimlənməsini asanlaşdırıb. Şirkət “WorldFood 2018” sərgisində meyvə doğrayan cihazların yeni versiyalarını təqdim edəcək. Bu cihazların “MW-R2” və “MW” modelləri meyvə emalı məqsədi ilə tətbiq sahələrində daha çevik olması üçün təkmilləşdirilib". M.Savin sözlərinə görə, sifarişçilər alma, armud, xurma, kivi, portağal və nektarin kimi müxtəlif ölçü və növdə olan meyvələrlə işləyə bilər. Bu cihaz təzə kəsilmiş və ya qurudulmuş meyvə istehsalı sahəsində tətbiq edilmək üçün nəzərdə tutulub. Hər iki model yuma, qidalandırma və kəsmə bölmələri olan kompakt həll variantlarıdır və Avtomatik olaraq işə salına bilər və bu da işinizin təhlükəsizliyini və səmərəliliyini artırır. Şirkət “WorldFood 2018” sərgisindəki stendində meyvə bağları olan və meyvə emalı üçün həll variantları axtaran şirkətləri, habelə innovativ həll variantları ilə maraqlanan emal müəssisələrini görmək niyyətindədir.