Lankaran Springs & Wellness Resort” Qida və İçkilər üzrə böyük nəzarətçi (Senior F&B team Leader) vəzifəsi üçün işçi qəbulu elan edir. Foodinfo.az vakansiya ilə bağlı məlumatları təqdim edir: Əsas Öhdəliklər  Restoranın Ofisiant heyətinə aydın və başa düşülən iş istiqaməti verməklə, qonaqlara keyfiyyətli xidmət göstərilməsini təmin etmək;  Xidmət müddətində işin səmərəliliyinə və xidmətlərin ardıcıllığına nəzarət etmək və davamlı praktiki dəstəyi göstərmək  Nağd Vəsaitlərlə bağlı proseduraların icra olunmasını təmin etmək üçün qastronomiyanın nağd vəsaitlərlə bağlı funksiyasına yaxından nəzarət etmək və yoxlamaq.  İllik biznes planının hazırlanması ilə yanaşı Restoranın planlaşdırılan gəlir və xərclərini, istismar edilən avadanlıqlarını, habelə mebel, qurğular və avadanlıqlar üzrə tələblərin müəyyən edilməsi üçün illik əməliyyat büdcəsinin işlənib hazırlamaq.  Restoranın müəyyən edilmiş ilkin layihəyə müvafiq olaraq effektiv şəkildə idarə edildiyini təmin etmək.  Restoranın Qonaq Məmnunluğu və Şikayətlərə Baxılma Proseduralarına uyğunluğu təmin etmək üçün qonaq məmnunluğunu yoxlamaq və onun rəy və şikayətlərinə cavab vermək.  Hər hansı şikayət, qonaqdan mənfi rəy, məmnunluq və ya otelin fəaliyyəti ilə bağlı Şöbə müdiri / Əməliyyat Menecerinə məlumat vermək.  Qonağın tanınmasında qonaqların məlumat bazasından istifadə etmək.  Restoranın işi, o cümlədən Standart İş proseduralarının yenilənməsi və ya onlara hər hansı əlavələrin edilməsi və yaxud hər hansı hissələrin silinməsi ilə bağlı lazım olan təkmilləşmələrə dair Şöbə Müdiri / Əməliyyat Menecerinə təklif vermək.  İşçilərin fəaliyyətinin qiymətləndirməsi, təlimləndirilməsi və onlara konsultasiya verilməsini mütəmadi olaraq aparmaq. Tələblər: • Ali təhsil • Minimum 3 il restoranlarda supervayzer və daha yüksək vəzifədə iş təcrübəsi • Otel təcrübəsi olanlara üstünlük veriləcək • Azərbaycan, Rus dilinə mükəmməl hakimiyyət, İngilis dili arzuolunandır Təklif edirik: • Tibbi sığorta (fərdi) • Pespektiv və inkişaf • Maaş – 600-800 AZN (müsahibəyə əsasən yekun olaraq təyin olunacaq) • Bakıdan Lənkərana transfer • Yaşamaq üçün ev – paylaşılan otaq (shared room) • Gündə 3 dəfə qidalanma • Tam rəsmi qeydiyyat CV nümunələri “Qida və İçkilər üzrə böyük nəzarətçi” başlığı ilə [email protected] ünvanına gödərilməlidir.