Kənd Təsərrüfatı Nazirliyi və “Aqrar Tədarük və Təchizat” ASC-nin Bakıda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar-Yeni il münasibəti ilə təşkil etdiyi Qış-Bayram yarmarkasına 500 fermer və qida istehsalçısı cəlb edilib.
AzFood-a verilən məlumata görə, bunu jurnalistlərə açıqlamasında “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.
Onun sözlərinə görə, hazırda Bakının 5 rayonunda bayram yarmarkası təşkil edilib: “Nərimanov, Yasamal, Binəqədi, Suraxanı və Abşeron rayonlarında təşkil edilən yarmarkalar dekabrın 30-dək davam edəcək. Yarmarkalara dekabrın 21-dən start verilib. Yarmarkalara cəlb edilən fermer və qida istehsalçılarının məhsulları yarmarkalara pulsuz çatdırlır və burada satışına şərait yaradılır. Qiymətləri fermerlər müəyyən edirlər. Lakin biz məhsullların qiymətinin bazar qiymətlərindən aşağı olmasını tövsiyyə edirik”.
Nurlan