Müştərilər Safabaku restoranından şikayət edir. Foodinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, müştəri internetdə menyuya baxıb restorana gəlir. Amma menyuda gördüyü yeməkləri restoranda tapmır. Soruşanda isə cavab verirlər ki, bəs menyu dəyişib.
Müştəri deyib ki, onlara menyuda olan səhər yeməyi əvəzinə smit veriblər. “Başımızı smitlə aldatdılar. Sonra məcbur olub durduq. Bizə verilən smitin pulunu da verib getdik. Günə yaxşı başlamaq üçün restorana səhər yeməyinə getdik. Sağ olsunlar burnumuzdan gətirdilər.”
Aytac