Starbucks, genişlənmə planları çərçivəsində dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çində 3000 yeni Starbucks kafe-mağazasını açacağını bildirib. Hazırda Çində 3300 kafe-mağazası olan Starbucks, beləliklə, kafe-mağaza sayını az qala iki dəfə artıracaq və 2022-ci ildən əvvəl 6000 həddini keçəcək. ABŞ-ın qəhvəxana şəbəkəsi sadə bir hesabla ildə 600, hər 15 saatda isə 1 Starbucks kafe-mağazası açmış olacaq. Bəzi ekspertlərə görə, Starbucks, ənənəvi bir çay ölkəsi olan Çində həyata keçirəcəyi bu qəhvə əməliyyatı ilə riskə gedir. Starbucks isə əməliyyat gəlirini və mənfəətini artırmağı planlaşdırır. 2017-ci ilin sonuna olan məlumata görə, dünya üzrə 27 minə yaxın kafe-mağazası olan Starbucks, dekabr ayında Çinin Şanxay şəhərində ən böyük şöbəsini açıb. (Marja.az)