Süd və süd məhsulları bazarındakı problemləri həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyində işçi qrupu yaradılacaq.
Bunu Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov deyib.
O, fermerlərin problemləri ilə əlaqədar bir qədər kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdüyünü xatırladıb və həmin problemlərin həlli üçün işçi qrupunun mühüm rol oynayacağını qeyd edib: "İşçi qrupu yaradılır ki, problemlərə köklü şəkildə yanaşılsın, onlar daha dərindən öyrənilsin".
S.Əyyuboun sözlərinə görə, hazırda bazarda südün qıtlığı və bahalaşması müşahidə edilir, bu isə yaxşı tendensiya deyil: "Bütün dünyada yem məhsullarının qıtlığı yaşanır. Bu isə öz növbəsində südün xammal kimi qiymətini artırır". (Report)