"Araz Supermarketlər" şəbəkəsi yeni vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, martın 1-də saat 13:00 - 17:00 aralığında Bakıdakı "Şuşa şəhərciyi" qəsəbəsində supermarketlər şəbəkəsinin yeni açılacaq "Araz Şuşa-2" filialı üçün "Şuşa-1" filialında işə qəbul görüşü keçiriləcək. İşə qəbul satıcı, kassir, fəhlə və xadimə vakansiyaları üzrə olacaq. Ünvan: Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi. Foodinfo.az