Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində yaradılan mobil dəstək proqramı vasitəsilə vətəndaşlar quruma qida sahəsində olan pozuntuları çatdıra biləcəklər.
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, bu proqram ictimai nəzarəti artırmaq məqsədilə istifadəyə verilir:
"Artıq may ayında keçirilən tədbirdə biz onu nümayiş etdirdik. 7 il müddətinə qida təhlükəsizliyinə dövlət nəzarəti istiqamətində layihə hazırlanıb. Dünyada elə bir ölkə yoxdur ki, orada 100 faiz təhlükəsiz qida olsun".
Q.Təhməzli qeyd edib ki, mobil dəstək proqramı ilə vətəndaşlar istirahət zonalarında, yaşadıqları ərazilərdə, eləcə də ölkə daxilində istənilən ərazidə qida təhlükəsizliyinin pozuntusu halı ilə rastlaşarsa, bu barədə Agentliyə dərhal məlumat verə biləcəklər:
"Video və ya foto çəkib göndərdikləri zaman biz məsələni araşdırdıqdan sonra müvafiq tədbirlər görüləcək".