Təhsilə dəstək, savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafı “Veysəloğlu” şirkətlər qrupunun Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasında özünün prioritetliyini qoruyub saxlamaqdadır.
Bakalavr təhsilini xüsusi fərqlənmə ilə bitirən tələbələrin seçimini aparan şirkətlər qrupu onların xaricdə təhsil alaraq, beynəlxalq təcrübə qazanmaları üçün lazımi köməkliyi göstərməkdə davam edir.
“Veysəloğlu” qrup Avropanın nüfuzlu universitetlərindən olan Turin Politexnik Universitetinin (Politecnico di Torino) neft və mədən mühəndisliyi ixtisası üzrə magistr təhsili alması üçün 3 istedadlı gəncə - Əlirza Orucov, Qasım Əlicanov və Cavid Salmanova dəstək olub.
Qeyd edək ki, şirkətin dəstək olduğu tələbələrdən biri Əlirza Orucov bir neçə innovativ layihələrin müəllifidir. O, “Şumsuz əkin”, “Təmiz ada” layihələri ilə bir neçə müsabiqənin qalibi olub.
Son xəbərlər
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb
- Üzvi gübrələrin bitkilər üçün hansı faydaları var?
- Maddələr mübadiləsini sürətləndirən ən yaxşı ədviyyatlar
- Qəhvə və spirti birləşdirmək mümkündürmü?