Veysəloğlu Şirkətlər Qrupu 2 fevral - Ümumrespublika Gənclər gününə həsr olunan tədbir keçirib. Foodinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan şirkət rəhbərliyi gənclərə öz tövsiyyələrini verərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra şirkət əməkdaşlarına gənclər gününün yaranması ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə işində nümunəvi, fəal və yaşı 29-dək olan gənc əməkdaşlar təşəkkürnamə ilə təltif olunub və onlara müxtəlif hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Azərbaycanın qida sektorunda xüsusi rolu və yeri olan “Veysəloğlu” şirkətlər qrupunda çalışan 17-35 yaş aralığında olan işçilər 80% təşkil edir. Şirkət əməkdaşlarının 64%-i isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, şirkətlər qrupunda çalışan əməkdaşların yarıdan çoxunu gənclər təşkil edir.
Etibar/Foodinfo.az
[metaslider id=2339]