“Veysəloğlu" Şirkətlər Qrupu ölkədə iqtisadi sahədən yazan jurnalistləri maarifləndirmək məqsədi ilə 4-5 may tarixlərində “Biznes xəbərlərinin yazılması” mövzusunda təlim təşkil edib.
Foodinfo.az xəbər verir ki, korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində bnaş tutan bu layihənin məqsədi Azərbaycanda iqtisadiyyat sahəsindən yazan jurnalistlər arasında maarifləndirmə işlərinin aparılmasından ibarət olub.
Təlimdə media üzrə beynəlxalq ekspert Dan Mason, millət vəkili Ziyad Səmədzadə, eləcə də ölkədə tanınmış iqtisadçı-alimlər təqdimatlarla çıxış ediblər. Təlimin sonunda jurnalistlərə serifikatlar verilib.
Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov belə bir təlimin gələcəkdə də keçirə biləcəyini bildirib: "Veysəloğlu" şirkəti olaraq hər zaman jurnalistlərə dəstək verməyə hazırıq. Onların bu sahəyə olan marağını daha artırmaq üçün gələcəkdə də bu formatda təlimlərin keçirilməsini istəyirik. Biz şirkət olaraq hər zaman bütün KİV nümayəndələrinə açığıq. İstənlən məlumatla bağlı informasiya verməyə hazırıq. Bu dəfə də təşkil etdiyimiz təlim inanırıq ki, KİV nümayəndələrinin bilik və bacarıqlarını daha da artırmış oldu."
https://www.youtube.com/watch?v=75882RGcTc4&feature=youtu.be