"Veysəloğlu" şirkətlər qrupunun mətbuat xidmətindən rəhbəri İlham Məmmədzadə şirkətdən ayrılıb. Foodinfo.az xəbər verir ki,o, bu barədə öz "Facebook" hesabında məlumat verib. "Əziz dostlar və həmkarlar. Bu gündən etibarən hər zaman sevərək və məsuliyyətimlə adını daşıdığım “Veysəloğlu” Şirkətlər Qrupundan ayrıldım. Çox şadam ki, ölkəmizdə minlərlə insanın çalışdığı və ailəsini dolandırdığı, özünün korporativ dəyərləri olan belə bir şirkət var. Qida sektorunda, əsasən də idxal və dağıtım, istehsal və pərakəndə sahəsində daim inkişaf edərək ölkə iqtisadiyyatına töhfəsini verən, cəmiyyətin bütün sahələrində daim insanların yanında olmağa çalışan bir komandaya malik Veysəloğlu şirkətində çalışmaqdan məmnun oldum.
Fəaliyyət dönəmində əsas məqsədim “Veysəloğlu”nun ictimaiyyətdə müsbət korporativ imicinin yaradılması, işgüzar nüfuzunun qorunması və daim cəmiyyətin bütün sahələrində şirkətin tanınması və sevilməsi olub.
Şirkətdə fəaliyyətim dönəmində mənə dəstək olan, hər zaman köməklik göstərən media nümayəndələrinə, jurnalist dostlarıma, PR həmkarlarıma və sizlərə dərin təşəkkürümü bildirirəm. Sizinlə birlikdə bu yolu keçdik və uğurlara imza atdıq.
Qeyd edim ki, “Veysəloğlu” Qrupun peşəkar PR komandası var və bu komandanın gələcək fəaliyyətində uğurlar arzu edirəm."
Son xəbərlər
- Diyetoloq çox yaşamaq istəyənlərə bu məsləhəti verdi
- Yeməklərə bunları əlavə edin, ürəyiniz sağlam olsun
- Qida ixracatçıları Sakit Okean bazarında çıxacaq
- Yorğunluğa səbəb olan 6 vitamin çatışmazlığı
- Acqarına 7 zeytun və 1 əncir yeməyin sağlamlığa faydaları
- Bu ölkədə milli valyuta dollar qarşısında pik həddə ucuzlaşıb