1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Foodinfo.az xəbər verir ki, 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Kateqoriya meneceri (Qida sektoru üzrə)
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 3 il marketinq sahəsində iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 25-40
İşin təsviri:
Qida sektoru üzrə məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.
Vəzifə öhdəlikləri:
- Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
- Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
- Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
- Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
- Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.
Tələblər:
- Marketinq və bazar araşdırmalarını dərindən bilməli;
- Şəxsi avtomobil olmalı;
- FMCG sahəsində iş təcrübəsi üstünlükdür;
- Rus və ingilis dili biliklərinin olması üstünlükdür.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Kateqoriya meneceri” yazmaqla CV göndərərək müraciət edilir.