Zaqatala rayonunun çay plantasiyalarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari mövsümdə rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus plantasiyalardan 25 ton yaşıl çay yarpağının yığılması gözlənilir. Cəmiyyətin sədri Abdulməcid Şabanov Fins.az-a bildirib ki, hazırda rayonda 60 hektar çay plantasiyası var. Bu il plantasiyaların yalnız 20 hektarından məhsul yığılır. Plantasiyalara qulluq və çay yığımı ilə əlaqədar 40 fermerlə müqavilə bağlanılıb. Cari ildə müəssisədə quru çay istehsalının 5 tona çatdırılması nəzərdə tutulur. İstehsal olunan məhsul satış üçün əsasən, daxili bazara çıxarılacaq.