Mayın 18-də Bakıda 1-ci Bakı Beynəlxalq “Qida Təhlükəsizliyi” konfransı keçiriləcək.
Bu barədə Foodinfo.az-a Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqı və Dünya Bankının Azərbaycandakı nümayəndəliklərinin birgə təşkil etdiyi konfransda bu mövzuda ən aktual məsələlərə toxunulacaq.
Konfrans çərçivəsində Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlı və həm yerli, həm də xarici sənaye strukturlarının digər nümayəndələri çıxış edəcəklər.