Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən yaradılan Qida Böhranına Qarşı Qlobal Şəbəkə tərəfindən hazırlanan Ərzaq Böhran Hesabatında (GRFC) 281,6 milyon insanın kəskin qida çatışmazlığı ilə üzləşəcəyi qeyd olunub.
Foodinfo.az xəbər verir ki, Qlobal Qida Böhranı Hesabatında, 59 ölkədə və ya bölgədə keçən il 281,6 milyon insanın kəskin qida çatışmazlığı ilə üzləşdiyi və bu rəqəmin 2022-ci illə müqayisədə təxminən 24 milyon nəfər çox olduğu bildirilib.
Hesabatda qeyd olunub ki, yüksək səviyyədə kəskin qida çatışmazlığı yaşayan insanların sayı 2023-cü ildə ardıcıl 5-ci il artıb və Covid-19-dan əvvəlki səviyyələri keçib.
Bildirilib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri sırasında yer alan “2030-cu ilə qədər aclıq və qida çatışmazlığının bütün formalarına son qoymaq” məqsədinə nail olmaq çox uzaqdadır və buna nail olmağın çətinliyini təsdiqləyir.