Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyindən Foodinfo.az-a verilən məlumata görə, növbəti belə tədbir iyunun 16-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Agentliyin nümayəndələrinin iştirakı ilə Ağdam rayonu ərazisində keçirilib.
Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi “QAZ-2410” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.
Son xəbərlər
- Qışda hər gün naringi yemək üçün səbəblər
- Moruq qan təzyiqini tənzimləyir
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Diş məcununun bədənə mənfi və müsbət təsiri
- Qəhvənin sağlamlığa faydaları nələrdir?
- Sağlamlıq üçün istehlak edilməli olan tərəvəz və meyvələr