Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində Aralıq dənizi meyvə milçəyinin mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə müşahidələrə başlayıb. Bu məqsədlə artqı müvafiq ərazilərdə feremon tutucu tələlər quraşdırılıb.
Qeyd edək ki, agentliyin mütəxəssisləri sözügedən zərərli orqanizmin aktiv fəaliyyət dövrünü nəzərə alaraq ölkə ərazisində yayılma arealını müəyyənləşdirmək məqsədi ilə aprel-iyun aylarında fitosanitar müşahidələr aparmışdı. Müşahidələr zamanı respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən-Aralıq dənizi meyvə milçəyi aşkar edilməmişdi.
Son xəbərlər
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı