Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Vladimir Raxmanin və qurumun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak ilə görüşüb. Görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Agentliyin mətbuat xidmətindən Foodinfo.az–a verilən məlumata görə, Qoşqar Təhməzli agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər barədə məlumat verib və qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən danışıb və mübadilə proqramları çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüş çərçivəsində FAO-nun Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Vladimir Raxmanin əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, 1995-2015-ci illərdə ölkəmizdə FAO tərəfindən 23 layihənin həyata keçirildiyi və gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.