Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlər əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 16 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 191-i ictimai iaşə obyekti, 231-i ərzaq satışı mağazası olmaqla, ümumilikdə 422 müəssisədə reyd keçirilib. Bakı şəhəri üzrə: Nəsimi rayonunda “Şəki” və “Ailəvi” restoranları Suraxanı rayonunda “Xəzər” kafesi Xəzər rayonu Türkan kəndində “Türkan” restoranı Nərimanov rayonunda “Abu” market Digər rayon və şəhərlər üzrə: Abşeron rayonu Novxanı kəndində “As-Araz”, “Al market”, “Grandmart” market Xırdalan şəhərində “Beyazit Lahmacun” restoranı, fiziki şəxs Məmmədov İlqar Həsən oğluna məxsus kafe Sumqayıt şəhərində fiziki şəxs Əhmədova Xavər Məmməd qızına məxsus kafe Bərdə rayonunda fiziki şəxs Quliyev Mədət Malçı oğluna məxsus yeməkxana, fiziki şəxs Nəsirov Mirzə Balaca oğluna məxsus “Şuşa” kafesi, “Yaşıl” və “Sahil” kafeləri, fiziki şəxs Məmmədov Rafiz Saqif oğluna məxsus market Ağsu rayonunda fiziki şəxs Əhmədov Yalçın Əmiraslan oğluna məxsus kafe, fiziki şəxs Rafiqli Rəvana məxsus yeməkxana Qazax rayonunda “Göyəzən”, “Köz dönər”, “Palma”, “Göyçə” restoranları, “Anar” market Quba rayonunda “Alma”, “Yüksəl”, “Ay işığı” restoranları, “Princes” market Şəmkir rayonunda “Alaxantallı”, “Ozan”, “Sərin”, “Murad”, “Uğur”, “Görüş” kafeləri, “Ceyhun”, “Əli”, “Ələkbər” və “Elmir” marketlər, fiziki şəxs Məmmədov Rövşən Hidayət oğluna, Kamilova İradə Fərhad qızına məxsus marketlər Ucar rayonunda “Nuş olsun” və “Yay” kafeləri Xaçmaz rayonunda “Çinar” restoranı, fiziki şəxs Müslümov Emin Ağasbala oğluna məxsus “Euro” market Göyçay rayonunda fiziki şəxs Əliyev Ceyhun Əhməd oğluna məxsus market Goranboy rayonu Qızılhacılı qəsəbəsində “Aləm”, “Qızılhacılı”, “İdeal”, “Al market”, “Kral”, “Çökək”, “Aysberq” və fiziki şəxs Novruzov Ziya Qəhrəman oğluna məxsus market Oğuz rayonunda fiziki şəxs Əhmədov Qəşəm İzmət oğluna məxsus market Qəbələ rayonunda Səbzəliyev Daşqın Nizami oğluna məxsus market Balakən rayonunda Umarova Rəna və Çantayev Rahiləyə məxsus market Lənkəran şəhərində Əliyev İlham Yusif oğluna və Mövsümzadə Mövsüm Əlisahib oğluna məxsus market Sabirabad rayonunda Abdullayev Bilal, Abbasov Arzu, Zeynalov Arzuya məxsus marketlər, Cavad kəndində fəaliyyət göstərən “Mehrac” və “Oba” marketlər İmişli rayonunda “Məhəmməd”, “Dostlar”, “Rəşad”, Ağsu şəhərində fiziki şəxslər - Əsgərov Lətif Mehman oğlu, Ələkbərov Nəsir Adil oğlu, Əliyev Cavanşir Əyyam oğlu, Hüseynov Arif Nəriman oğlu, Həşimov Elnur Oktay oğlu, Cəbrayılov Elçin Füzuli oğluna məxsus marketlər daxil olmaqla reyd keçirilən 232 obyektdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib. Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.