Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici pilot layihəsinə başlayıb.
Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsind Foodinfo.az-a verilən məlumata görə, layihənin məqsədi məktəbəqədər şagirdlər, məktəblilər və tələbələr arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və qida təhlükəsizliyi baxımından düzgün qidalanma vərdişlərinin aşılanmasıdır.
Layihə çərçivəsində AQTA-nın əməkdaşları Heydər Əliyev Fondunun təsis etdiyi Zərifə Əliyeva adına Uşaq bağçasında olub.
Bağçada gigiyena qaydalarına riayət olunma vəziyyəti ilə tanış olan AQTA əməkdaşları daha sonra məktəbəqədər şagirdlərə “sadə gigiyenik norma və qaydalar”, “sağlam qidalanma” və “qida çantasının hazırlanma qaydaları” mövzularında əyani-praktik təlim keçib.
Uşaqlarla maraqlı və interaktiv oyunlar təşkil olunub, məktəbəqədər şagirdlərin “sağlam qida” mövzusunda bilikləri yoxlanıb. Layihə iştirakçılarına Agentliyin sertifikatları təqdim olunub. Sonda uşaqlarla xatirə şəkli çəkilib.
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb