İyul-dekabr ərzində Qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirlərindən 148 plandan kənar yoxlama, 98 inzibati xəta haqqında işlər və 117 inzibati xəta haqqında protokol tətbiq olunub. Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Agentliyin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, 58 məhdudlaşdırıcı tədbir və ümumtəhsil müəssisələrinin bufetlərində 50 monitorinq keçirilib. "Qida zəhərlənmələri ilə bağlı 168 müraciət daxil olub, bunlardan 77 fakt təsdiq edilib, 187 zəhərlənmə məruz qalmış şəxsin 14-də botulizm zəhərlənmə halı qeydə alınıb və 1 nəfər vəfat edib".