Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) IV plenum iclası keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, onlayn təşkil olunan iclasda komitənin üzvləri, ilk həmkarlar təşkilatlarının sədrləri, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi iştirak edib. Plenum iclasda Agentliyin BHİK-nın sədri Tural Əlizadə 2022-ci il ərzində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib. Həmçinin komitənin üzvləri ilə təşkilati məsələlər müzakirə olunub. Eləcə də komitə üzvlərinin və Rəyasət Heyətinin tərkibinə yenidən baxılıb. İclasın sonunda gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.