Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan bir qrup rəhbər vəzifəli şəxs üçün onlayn təlim keçirilib.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən təlim “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda olub.
Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı və qaydaları, o cümlədən müvafiq prosedurlar və düsturlar barədə ətraflı məlumat verilib. Eyni zamanda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işində peşəkarlığın artırılması məqsədilə keçirilib