AQTİ sahibkarlıq subyektləri üçün HACCP sisteminin müəssisələrdə tətbiqi ilə bağlı qiymətləndirmə, məsləhət və təlim xidmətləri təklif edir.

Foodinfo.az xəbər verir ki, “Qida Təhlükəsizliyi haqqında” Qanun dərc olunduğu gündən sahibkarlıq subyektləri mərhələli şəkildə HACCP sistemini tətbiq etməlidir. Bu müddət iri sahibkarlıq subyektləri üçün 2 il, kiçik və orta sahibkarlıq subyektləri üçün 4 il, mikro sahibkarlıq subyektləri üçün isə 6 ildir. Qeyd edək ki, Qanun 30 iyun 2022-ci il tarixdə dərc olunub.

Cari dövr ərzində qanunun icrası ilə əlaqədar olaraq, AQTİ tərəfindən HACCP mövzusunda keçirilən təlimlərdə 549 nəfər iştirak edib.

Sahibkarlar AQTİ-nin təklif etdiyi xidmətlərdən yararlanmaq üçün [email protected] elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.