Dietoloq və yemək davranışı psixoloqu Nuriyyə Dianova toyuq ətinin faydalı xüsusiyyətlərindən danışıb.

Foodinfo.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qida rasionunda qırmızı ətin istənilən hinduşka və quş əti ilə əvəz edilməsi şəkərli diabetin qarşısını alır.

Dianovanın qeyd etdiyi kimi, ekspertlər Alzheimer xəstəliyi də daxil olmaqla neyrodegenerativ xəstəliklərin riskini azaltmaq üçün həftədə üç-beş dəfə quş əti istehlak etməyi məsləhət görürlər.