“AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir”.
Foodinfo.az xəbər verir ki, bu fikirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına baxış keçirərkən deyib.
O, Azərbaycanda bu sahədə həyata keçirilən iş mexanizmləri və yeniliyin qlobal səviyyədə öyrədilməsi və tətbiqinin olduqca vacib olduğunu bildirib. “İki gün ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bizə öz iş mexanizmlərini geniş izah edib göstərdilər. Həqiqətən mükəmməl sistemlə öz işlərini görürlər və biz də bir çox yeni təcrübələr öyrəndik, öz təcrübələrimizi bölüşdük“
Çadia Vannu əlavə edib ki, AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir. “Hiss olunur ki, laborator analizlər peşəkar əməkşdalar tərəfindən icra olunur. Burada hər növ qida-ət, toyuq məhsulu, tərəvəzləri müasir üsullarla test etmək mümkündür”.
Qeyd edək ki, Çadia Vannu Azərbaycana BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) ştirak etmək üçün gəlib