Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində olub.
Foodinfo.az xəbər verir ki, universitetin rektoru Şahin Bayramov AQTA sədrinə ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturunun yaradıldığını bildirib. Eyni zamanda söhbət zamanı birgə əməkdaşlıq məsələləri müzakirə edilib. AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Qarabağ Universiteti arasında birgə işlərin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Daha sonra Q.Təhməzli Universitetin tədris otaqlarına, o cümlədən laboratoriyalara, eləcə də kitabxanaya və qida blokuna baxış keçirib, tələbələrlə görüşüb.