Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri Qazax-Tovuz regionunda fəaliyyət göstərən sahibkarlarla görüşüb.
Foodinfo.az xəbər verir ki, tədbirdə ictimai iaşə, istehsalat, heyvandarlıq və bağçılıq sahəsində fəaliyyət göstərən 60-a yaxın müəssisəsinin nümayəndəsi iştirak edib. AQTİ-nin mütəxəssisləri onlara İnstitut tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumat verib, suallarını cavablandırıblar. Həmçinin qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edən “Ulduz-reytinq” layihəsi iştirakçılara təqdim olunub.
Qeyd edək ki, AQTİ tərəfindən təşkil olunan görüşlərdə iştirak etmək, İnstitutun göstərdiyi xidmətlər və digər məsələlər barədə məlumat almaq istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.