Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sağlam qidalanmanın təşviqi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirib. 

Foodinfo.az xəbər verir ki, bu çərçivədə AQTA ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) birgə tədbirlər həyata keçirəcək. Əməkdaşlıq çərçivəsində “Ana südü əvəzedilməzdir”, “Buğda ununun zənginləşdirilməsi” və bir sıra xüsusilə də həssas əhali qrupundan olan uşaqları hədəf alan layihələr icra olunacaq. Körpə və erkən yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan məhsullarla bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində işlər görüləcək. Eyni zamanda hamilə və süd verən anaların sağlam qidalanmasına töhfə verəcək elmi əsaslı məlumat toplusu hazırlanacaq.