Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) maarifləndirmə istiqamətində diyetoloq-nutrisioloq vəzifəsində işləmək istəyən peşəkar kadrları işə dəvət edir. Foodinfo.az xəbər verir ki, işə qəbul olmaq istəyən şəxslərə dair tələblər aşağıdakılardır:

- Ali təhsil;

- Ünsiyyət qabiliyyəti yüksək, nitqi təmiz;

- Kreativ ideyalar irəli sürmək qabiliyyəti;

- Maarifləndirmə tədbirlərində peşəkar fəaliyyət göstərmək bacarığı;

Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “Diyetoloq-nutrisioloq” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul müsahibə əsasında aparılacaq. Yalnız müvafiq tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək və onlar müsahibəyə dəvət olunacaqlar.