Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Böyük Britaniyanın “Fapas” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib.

Foodinfo.az xəbər verir ki, laboratoriya alkoqollu içki nümunəsində fiziki-kimyəvi və toksikoloji sınaqda uğurlu nəticə əldə edib. Belə ki, analizlər etil spirti, etanal (asetaldehid), etil asetat, metanol, propanol 1 və dimetil propanol 1-in təyini üzrə aparılıb.

Qeyd edək ki, ARSL bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standard”, eləcə də Fransanın “Bipea” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib.