Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Təlimçilər üçün təlim” proqramı davam edir.

Foodinfo.az xəbər verir ki, proqram çərçivəsində növbəti təlim “Təqdimatların hazırlanması və auditoriyaya düzgün çatdırılması” mövzusunda təşkil olunub. Təlim zamanı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov İnstitutun sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçən mütəxəssislərini mövzu ilə bağlı ətraflı məlumatlandırıb. İştirakçılara təqdimatların hazırlanması və auditoriyaya düzgün çatdırılması qaydaları, o cümlədən təqdimat zamanı nəzərə alınması vacib sayılan məqamlar barədə məlumat verib. Təqdimat vaxtı auditoriyanın diqqətinin cəlb edilməsinin, təqdim olunan mövzunun məqsəd və məramının, predmetinin açıqlanmasının və mövzunun məzmununun düzgün diqqətə çatdırılmasının zəruriliyi vurğulanıb. İnteraktiv formada keçirilən təlimdə mövzu ətrafında müzakirələr aparılıb, müvafiq tapşırıqlar yerinə yetirilib və suallar cavablandırılıb.

Qeyd edək ki, “Təlimçilər üçün təlim” proqramı AQTİ-nin "Təlimçi Bazası"na üzv olan mütəxəssislərin bilik, bacarıq və peşəkarlıqlarının daha da artırılması, onların sahibkarlıq subyektlərinin əməkdaşlarına yüksək səviyyədə təlim keçməsinin təmin olunması məqsədilə reallaşdırılır.