Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Latviya ilə sıx əməkdaşlıq edir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev Azərbaycan-Latviya biznes forumunda çıxışı zamanı deyib.
“AQTA Latviyaya qida təhlükəsizliyi sistemlərinin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq üçün rəsmi şəkildə müraciət edib”, - deyə Ə.Əliyev qeyd edib.