Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 20,9 min ton (keçən il 23,5 min ton) quş əti və 296,6 milyon ədəd (keçən il 269,4 milyon ədəd) yumurta istehsal olunub.

Bu barədə Foodinfo.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10607,5 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 73 ədəd yumurta alınıb.