Ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının təsdiqlənməsi üçün hesabat hazırlanaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Təşkilatın Elm Komissiyası tərəfindən ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tanınma tələblərinə cavab verməsi təsdiq olunub.
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 5-də keçirilən “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə tədbirdə deyib.
Sədr bildirib ki, Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə birgə görülən işlər, həmçinin təqdim edilmiş hesabatlar əsasında Azərbaycan ərazisində yüksək patogen quş qripinin mövcudluğu təsdiqlənib. Ölkəmizdə istehsal olunan və müvafiq tələblərə uyğun gələn quş əti və digər quşçuluq məhsullarının idxalına ötən il dekabrın 8-dən etibarən icazə verilib.