Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində fəaliyyət göstərən “Qutab peraşki” un məmulatlarının emalı və satışı müəssisəsində plandankənar yoxlama keçirilib. Foodinfo.az xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi ilə bağlı tələblərə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, eyni zamanda işçilərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim olunub.