Aropada balıq məhsulları ilə əlaqədar 100-ə yaxın listeria infeksiyası qeydə alınıb. Foodinfo.az bildirir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) və Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) Avstriya, Belçika, Danimarka, Finlandiya, İtaliya, Almaniya, Hollandiya, Rumıniya, İsveç və Böyük Britaniyada xəstələrin olduğunu qeyd edib.
Məlumata görə, xəstəlik Litvadan idxal olunan hisə verilmiş qızılbalıqda aşkarlanıb.
Qeyd edək ki, bu xəstəlik 2011-ci ildə ilk dəfə qeydə alınıb. 2020-ci ildə EFSA və ECDC Almaniyadan idxal olunan balıq məhsullarında listerianın çoxluğu haqqında ictimaiyyətə açıqlanmayan Birgə Bildiriş Xülasəsini (JNS) hazırlayıb. Müxtəlif ölkələrdə bu hallar qeydə alınmağa davam etdikcə, agentliklər epidemiya ilə bağlı geniş açıqlama verib.
Fərid