Baytarlıq aptekində etiketi olmayan və ya etiketdəki yazıları oxunmayan baytarlıq preparatlarının saxlanılmasına və satılmasına yol verilmir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də bildirilir. Həmçinin sənədə əsasən, bioloji preparatların qəbulunda, buraxılmasında etiketlərin mövcudluğuna ciddi fikir verilməlidir. Saxlanıldığı flakonlarda etiket olmadıqda və ya ondakı yazı oxunmadıqda onların qəbul edilməsinə, buraxılmasına və istifadəsinə icazə verilmir.

Qeyd edək ki, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər” “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən hazırlanıb. Bu Tələblər baytarlıq aptekinin quruluşuna və avadanlıqlarla təchizatına dair əsas tələbləri müəyyənləşdirir.