Heyvan məhsulları çoxlarının gündəlik pəhrizinin bir hissəsidir. Əksər hallarda sağlamlığımız üçün bu məhsullara mütləq ehtiyacımız olduğunu düşünürük. “Ət istehlakınızı azaldın” – alman mütəxəssisləri belə tövsiyə edirlər. Onlar əmindirlər: indi bəşəriyyət lazım olduğundan çox yeyir. Bu barədə “Bild” məlumat yayıb.
İndi heyvan mənşəli məhsulların istehlak norması 300-600 qramdır. Ət asanlıqla əldə edilə bilən qida mənbəyidir, buna görə də əvvəllər tarixi kataklizmlər şəraitində həyati əhəmiyyət kəsb edirdi. Ancaq indi bir insan eyni şeyi bitki qidalarından asanlıqla əldə edə bildiyi üçün belə yüksək standarta ehtiyac yoxdur. ÜST uzun müddətdir ki, ət yeyənlər arasında xərçəngə tutulma riskinin artmasından danışır. Bitki əsaslı qidalara keçid bunun qarşısını almağa kömək edəcək, eyni zamanda bədən hələ də eyni vacib qidaları alacaq.
Alman Qidalanma Cəmiyyətinin prezidenti Bernhard Watzl bu məsələyə aydınlıq gətirib: “Biz ət, balıq və dəniz məhsulları, həmçinin meyvə və ya tərəvəzləri istisna etməyən, lakin fikrimizcə, daha çox bitki əsaslı olmalı hərtərəfli qidalanmanı tövsiyə edirik. ” Yəni, mütəxəssislər heyvani məhsullardan tamamilə imtina etməyə çağırmır, əksinə, bitki qidalarına diqqət yetirməyi məsləhət görürlər.
Leyla