Honq-Konqda ətraf mühitin çirklənməsini azaltmaq üçün birdəfəlik plastik qab istifadəsinə qadağa qüvvəyə minib.
Foodinfo.az xəbər verir ki, bu barədə Honq-Konq Ətraf Mühitin Mühafizəsi Departamentinin rəsmi saytında dərc edilən açıqlamada bildirilib.
Qeyd olunur ki, yeni qanuna əsasən, çəngəl, bıçaq və boşqab kimi birdəfəlik məhsulların satışı və ya paylanması qadağandır, lakin qadağa hələlik paket servisdə istifadə edilən plastik qida qablarına və fincanlara şamil edilmir.
Gələn ildən tətbiqi gözlənilən qadağanın ikinci mərhələsində birdəfəlik plastik məmulatların hamısını, o cümlədən paketləri əhatə edəcəyi vurğulanıb.
Bildirilib ki, keçid dövründə 6 aylıq güzəşt müddəti verilən restoranların əksəriyyəti yeni tədbiri həyata keçirməyə başlayıb.