Fitosanitar karantin baxışı zamanı bəzi həşəratlar birbaşa içərisində spirt olan sınaq şüşələrinə yerləşdirilir. Tırtıllar, böcəklərin yumşaqbədənli sürfələrini və pupları yığma zamanı müvəqqətti olaraq canlı saxlanılır, sonra isə laboratoriya şərtlərində sabitləşdirilir (fiksə edilir) və bundan sonra saxlama üçün spirtə yerləşdirilir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Sənəddə qeyd edilir ki, milçəklər, kəpənəklər, böcəklər yığma zamanı dərhal morilkalara (öldürücü kameralara) yerləşdirilir. Ən sadə morilka həcmi 50 və ya 100 ml olan kiçik enliboğaz şüşə balondan və ya daha yaxşısı diametri aspiratorun diametrinə uyğun olan enli divarlı sınaq şüşəsindən hazırlanır. Morilkaya nəmin hopdurulması və həşəratların zədələnmələrdən qorunması üçün filtr kağızından bir neçə büzməli zolaq yerləşdirilir. Öldürücü kameranın içi hər zaman quru və təmiz olmalıdır. Bu səbəbdən öldürülmüş həşəratların boşaldılmasından sonra onu pambıq və ya əski ilə silmək və filtrasiya kağızının zolaqlarını çirkləndikcə dəyişdirmək lazımdır.
Zərərvericilərin öldürülməsi üçün, müxtəlif efirlərin buxarlarından istifadə edilir. Bütün hallarda zəhərləyici maye zərərvericinin bədənini islatmamalıdır. Kiçik kəpənəklər, milçəklər və kiçik zərqanadlılar sınaq şüşəsində tütün tüstüsü ilə öldürülür. Öldürücü kameraya yalnız bir yükdən yığılan zərərvericilər yerləşdirilməli və bu səbəbdən bir neçə öldürücü kameranın olması vacibdir.