Böyük Britaniyada ABŞ-dan idxal olunmuş, satışına icazə verilməyən şirniyyat və içkilər aşkar edilib. Foodinfo.az xəbər verir ki, yoxlama zamanı məhsulların tərkibində Böyük Britaniyada qadağan olunmuş mineral yağ, un və digər maddələr aşkarlanıb.
Bildirilib ki, ərzaqların əksəriyyəti təhlükəsiz və əksər mağazalar qanun çərçivəsində fəaliyyət göstərsə də, idxal olunan qidaların dəqiq etiketlənməsi vacibdir.
Mağaza sahiblərinə xəbərdarlıq edilib və məhsullar satışdan çıxarılıb.
Qeyd edək ki, ABŞ-dan gətirilən bəzi qənnadı məmulatlarının tərkibində icazəsiz əlavələr olduğu üçün Böyük Britaniyada satışı nəzərdə tutulmayıb.
Nurlan