Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunub.
Bu barədə
Foodinfo.az-a AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Qeyd olunan məhsulların siyahısı ilə aşağıdakı cədvəllə tanış olmaq mümkündür.
İdxalı, istifadəsi və satışı qadağan olunmuş məhsullar
Sıra sayı |
Məhsulun adı |
İstehsalçı (firma və ölkə) |
Müayinənin nəticəsi |
1 |
SEDALİN FORTE |
"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ |
mənfi rəy |
2 |
LARGOVIT KIDS |
"Pharmaex Rom İndustry", Rumıniya |
mənfi rəy |
3 |
MAX POWDER WOMAN |
"S.C Laboratoarele Medica S.R.L." Türkiyə |
mənfi rəy |
4 |
Lipocalin |
"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ |
mənfi rəy |
5 |
DETRIVI |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
mənfi rəy |
6 |
CHONDROCHOL |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
mənfi rəy |
7 |
VITAZIM |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
mənfi rəy |
8 |
ORGENZYME |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
mənfi rəy |
9 |
VENOLAST |
"Gricar Chemical S.R.L." İtaliya |
mənfi rəy |
10 |
Qrenofa |
"Wallmark" Çex Respubilkası |
mənfi rəy |
11 |
Miks Nevro |
"TİVİT" Litva |
mənfi rəy |
12 |
FERROFOL |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
mənfi rəy |
13 |
ASFERTİL N30 |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti |
mənfi rəy |
14 |
SİTRATİN |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti |
mənfi rəy |
15 |
UROLİZİN |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti |
mənfi rəy |
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.
Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.