Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın xəbəinə görə, 27-28 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şabran, Lənkəran, Quba rayonlarında fəaliyyət göstərən 11 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Məmmədov Eldəniz Abbasəli oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi |
İnzibati protokol tərtib edilib |
2. |
Səlimov Qorxmaz Nürəddin oğlu |
Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
3. |
Musayev Elnur Nəbi oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
4. |
Məmmədov Asiman Nadir oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi |
İnzibati protokol tərtib edilib |
5. |
Canlarov Ruslan İslam oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi |
İnzibati protokol tərtib edilib |
6. |
Heydərov Ramin İmran oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi |
İnzibati protokol tərtib edilib |
7. |
Orucov Mütəllim Əlövsət oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi |
İnzibati protokol tərtib edilib |
8. |
Eyvazov Ariz Kərəm oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi |
İnzibati protokol tərtib edilib |
Şabran rayonu üzrə |
|||
9. |
Kərimov Dadaş Hacıbala oğlu |
M.Rəsulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
10. |
Həsənzadə Rəvan Pənah oğlu |
Lənkəran şəhəri, Mirmustafaxan küçəsi |
İnzibati protokol tərtib edilib |
Quba rayonu üzrə |
|||
11. |
Ağacanov Elşən Mehman oğlu |
Birinci Nügədi kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.